"Turan Tovuz" - "Fənərbaxça" oyununa böyük maraq - 1 saata 6 minə yaxın bilet satıldı

22.09.2026 14:31 54
Ölkə futbolu
“Turan Tovuz” və “Fənərbaxça” arasında keçiriləcək yoxlama oyununa maraq böyükdü.

"Football-plus.az" xəbər verir ki, oktyabrın 3-də saat 20.00-da Bakı Şəhər Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın biletləri bu gün satışa çıxarılıb.

“Turan Tovuz”un yaydığı məlumata görə, satışa başlanıldıqdan cəmi 1 saat ərzində 5872 bilet alınıb.