“Sabah”ın cavab oyununa biletlərin yarısı tükəndi – 1, 3, 5, 10, 15, 20...

21.08.2026 12:53 21
Avrokuboklar / Manşet
Çempionlar Liqasında mübarizə aparan “Sabah” avqustun 25-də “Hapoel”lə cavab matçına çıxacaq.

İlk matçda 1:2 hesabıyla uduzan çempionun cavab oyununda azarkeş dəstəyinə ehtiyacı var. “Bayquşlar” ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

“Football-plus.az” xəbər verir ki, bu oyun üçün 4 gün əvvəl satışa çıxarılan biletlərin artıq yarıdan çoxu satılıb. 31 min yerlik stadionda hazırda 14000-ə yaxın boş yer qalıb.

Xatırladaq ki, biletlərin 1, 3, 5, 10, 15, 20, 75 manat olmaqla dəyişir. Bəs sən bilet almısanmı?!

İSRAYIL XEYRULLAYEV