Liqaların püşkü atıldı, “Xırdalan” yığmanın sponsoru oldu - FOTOLAR

19.11.2026 16:30 9
İdman
Bu gün futzal üzrə yeni mövsümün püşkatma və tanıtım mərasimi keçirildi.

"Football-plus az" xəbər verir ki, mərasimdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev futzalın yeni tərəfdaşların maraq dairəsində olduğunu, artıq “Xırdalan 0.0” ilə əməkdaşlığa başlanıldığını bildirdi.

Daha sonra tərəflər arasında yığmaya sponsorluqla bağlı müqavilə imzalandı.

Mərasimdə həmçinin futzal yarışlarının 2026/27 mövsümü üçün yeni loqosu və himni ictimaiyyətə təqdim edildi.

Yüksək liqada bu komandalar mübarizə aparacaq: “Marafon”, “İmişli”, “Baku Fire”, “Yasamal Bakı”, “Rəvan”, “Neftçi”, “Araz Naxçıvan”, “Atidel Ordubad”, “Xankəndi”, “Şuşa”. İlk turun qarşılaşmaları: Marafon – Şuşa, İmişli - Xankəndi, Baku Fire - Atidel Ordubad, Yasamal Bakı - Araz-Naxçıvan, Rəvan – Neftçi.

1-ci liqada isə 11 komanda yarışacaq: “Ulduz Bakı”, “Baku Fire-1”, “MC Finans”, “Metropoliten”, “Star Kargo”, “Neftçala”, “Bakı”, “İçərişəhər”, “Xəzər”, “Xan Lənkəran”, “Timsport”.

Liqaların püşkü atıldı, “Xırdalan” yığmanın sponsoru oldu