Türkiyə çempionatında çıxış edən ''Çorum''un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
6 tura 7 xal toplayan superliqanın debütantı cümə axşamı Uğur Uçar ilə yolların ayrıldığını açıqlamışdı. Baş məşqçi postuna Burak Yılmaz gətirilib. Klubdan verilən açıqlamada 41 yaşlı mütəxəssislə üçillik müqavilə imzalandığı qeyd olunub. Bununla da Burak Yılmaz təxminən 5 aylıq fasilədən sonra məşqçi karyerasını bərpa edib.
Futbolçu karyerasını bitirdikdən dərhal sonra məşqçiliyə başlayan Burak indiyə qədər ''Beşiktaş'', ''Kayserispor'', ''Kasımpaşa'' və son olaraq ''Qaziantep''i çalışdırıb.
Maraqlıdı ki, Yılmaz yeni klubunda sabiq klubuna qarşı debüt edəcək. ''Çorum'' yığma fasiləsindən sonra - oktyabrın 11-də ''Qaziantep''in qonağı olacaq.
Debütant yeni baş məşqçisini açıqladı
Dünya futbolu






