Makdevid məhsuldarlıq seriyasını 23 oyuna çatdırdı

24.11.2026 11:23 0
İdman
MHL-də keçirilən oyunlarda həm komandalar, həm də fərdlər ilə bağlı maraqlı hadisələr baş verib.

“Reyncers” – “Monreal” oyunundan əvvəl meydan sahibi klubun yüzilliyi şərəfinə təntənəli mərasim keçirilib, burda əfsanələr də iştirak edib.

Səfərdə “Florida”nı 5:2 hesabıyla məğlub edən “Edmonton” MHL tarixinə ilk 11 səfər oyununun ən azı 10-da qələbə qazanan 5-ci komanda kimi düşüb. “Oylerz”ə qədər 11 və ya daha az oyunda 10 səfər qələbəsi həddinə 4 komanda çatmışdı. 2006/07 mövsümündə “Baffalo”, 2023/24 mövsümündə isə “Los-Anceles” buna 10 oyunda nail olub. 1929/30 mövsümündə “Boston”, 2022/23 mövsümündə isə “Nyu-Cersu” 10-cu səfər qələbəsini 11-ci oyunda qazanıb.

MHL-də son mövsümünü keçirən Aleksandr Oveçkinin cari mövsümdəki uğursuzluqlarından çox yazmışıq. “Vaşinqton”un hücumçusu “Tampa-Bey” ilə oyunda (2:5) da rəqib qapısına yol tapa bilmədi. 41 yaşlı rusiyalı ulduz ardıcıl 14-cü oyunda qol vura bilməməklə şəxsi antirekordunu təkrarladı. O, 2023-cü ilin noyabr – dekabr aralığında da belə uğursuzluğa düçar olmuşdu. Ovi cari mövsümdəki yeganə qolunu oktyabrın 12-də “Sietl”in (3:5) qapısından keçirib. Sonrakı 14 oyunda isə yalnız üç məhsuldar ötürmə verib. Ümumiyyətlə, Oveçkin cari mövsümdə keçirdiyi 19 oyunda cəmi 5 (1+4) xal toplayıb.

Hazırda hesabında 1007 qol olan Oveçkin Ueyn Qretskinin pley-off da nəzərə alınmaqla qol sayındakı rekordunu (1016) təkrarlamaq üçün daha 9 dəfə fərqlənməlidi.

“Edmonton”un hücumçusu Konnor Makdevid isə müntəzəm çempionatın əvvəlindən başlayan məhsuldarlıq seriyasını 23 oyuna çatdırdı. 29 yaşlı kanadalı “Florida” ilə səfər oyununda (5:2) həm qol vurdu, həm də məhsuldar ötürmə verdi. “Oylerz”in kapitanı mövsümün ilk 23 oyununda 55 (13+42) xal toplayıb. Məhsuldarlıq seriyası baxımından rekord da Qretskiyə məxsusdu. Kanadalı əfsanə 1983/84 mövsümündə ardıcıl 51 oyunda xal toplayıb.

17 noyabr
Reyncers – Monreal 3:1 (0:0, 2:1, 1:0)
Yuta – Vankuver 2:3 (0:0, 0:1, 2:2)

18 noyabr
Aylenders – Kolambus 5:1 (1:0, 1:0, 3:1)
Boston – Los-Anceles 0:3 (0:1, 0:1, 0:1)
Tampa-Bey – Vaşinqton 5:2 (3:1, 1:0, 1:1)
Filadelfiya – Baffalo 4:3 (0:1, 2:1, 2:1)
Florida – Edmonton 2:5 (0:2, 0:2, 2:1)
Çikaqo – Toronto 6:3 (0:1, 3:1, 3:1)
Vinnipeq – Ottava 1:2 (0:0, 1:2, 0:0)
Minnesota – Neşvill 7:3 (4:0, 3:3, 0:0)
Sent-Luis – Anahaym 8:6 (2:1, 2:2, 4:3)
Veqas – Dallas 3:4 OT (0:0, 1:0, 2:3, 0:1)
San-Xose – Kalqari 2:5 (1:2, 0:1, 1:2)

19 noyabr
Detroyt – Boston 1:4 (1:0, 0:2, 0:2)
Nyu-Cersi – Monreal 2:3 (2:2, 0:0, 0:1)
Yuta – Kolorado 4:1 (0:0, 2:0, 2:1)