Ölkəmizin futbol yığması bu gün Tacikistanla yoldaşlıq oyununa çıxacaq. Bəs bu rəqib nə dərəcədə güclüdü? “Football-plus.az” rəqibin heyəti ilə bağlı bəzi məlumatları təqdim edir.
Tacikistan yığmasının “Transfermarkt” dəyəri 9 milyon avrodu. Bu, yığmamızın dəyərindən (17 milyon avro) təxminən iki dəfə aşağıdı. Komandanın ən dəyərli futbolçusu qapıçı Rustam Yatimovdu - 2 milyon avro. Rəqibin digər qolkiperi Oleq Baklov isə bizə “Turan Tovuz”dan tanışdı. Komandanın dəyəri aşağı olsa da, ona yuxarıdan aşağı baxmaq olmaq. Rəqib FİFA reytinqində 101-ci yerdə, yəni bizdən 25 pillə öndə qərarlaşıb. Yığmanın heyətini əsasın yerli liqada oynayan futbolçular təşkil edir. Cəmi 5 futbolçu legioner həyatı yaşayır.
Qapıçılar - Rustam Yatimov (“Rostov”, Rusiya), Oleq Baklov (“Turan Tovuz”, Azərbaycan), Daler Azizov (Xosilot); müdafiəçilər - Zoir Juraboyev (“Soqdiana”, Özbəkistan), Raxmatşo Raxmatzoda (“Persicap Jepara”, İndoneziya), Axtam Nazarov (Vaxş), Vahdat Hanonov, Tabrez İslomov, Alijon Karomatullozoda, Sodikjon Kurbonov (hamısı “İstiklol”), Mexrubon Karimov (Ravşan), Muso Kaxorov (Barkçi), Abdusamad Melikmurodov (Regar-TadAZ); yarımmüdafiəçilər - Parvizjon Umarbayev (“Lokomotiv”, Bolqarıstan), Alişer Jalilov, Amirbek Juraboyev, Ehson Panjşanbe, Alişer Şukurov, Muhammadjon Raximov (hamısı “İstiklol”), Saloxiddin İrqaşev, Furkon Raximzoda (hər ikisi “Xosilot”), Nozim Bobojonov, Azizbek Xaitov (hər ikisi “Reqar-TadAZ”); hücumçular - Şahrom Samiyev, Rustam Soirov, Şervoni Mabatşoyev (hamısı “İstiklol”), Şeriddin Boboyev (Xosilot), Fatxullo Olimzoda (Ravşan).
Komandanı bu ilin martından İqor Angelovski çalışdırır. Tacikistan yığmaı son 8 matçda məğlub olmayıb: 5 qələbə, 3 heç-heçə. Xatırladaq ki, bu gün keçiriləcə oyun saat 20.00-da başlayacaq.
İSRAYIL XEYRULLAYEV
Azərbaycan – Tacikistan: 17 milyon avro 9 milyon avroya qarşı!
Ölkə futbolu / Manşet






