"Yaxşı futbol göstərməyə hazırıq" - Tacikistan millisinin kapitanı

22.09.2026 18:46 36
Ölkə futbolu
Tacikistan millisinin kapitanı Axtam Nazarov millimizlə keçiriləcək yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, o, komandasının Bakıda keçiriləcək qarşılaşmaya hazır olduğunu bildirib.

“Azərbaycanda bizi yaxşı qarşıladılar. Sabah meydanda iki yaxşı komanda mübarizə aparacaq. Yaxşı futbol göstərməyə hazırıq. Azərbaycan millisinin bəzi futbolçularını - kapitanı, həmçinin cinah yarımmüdafiəçilərini tanıyıram. Oleq Baklov da burda oynayır, amma indiyədək Azərbaycandan mənə heç vaxt təklif gəlməyib. Azərbaycan futbolunu izləyirəm. Komandanız Çempionlar Liqasında çıxış edir. Sizə uğurlar arzulayıram”.