Tacikistan millisinin sentyabr və oktyabr aylarında keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi İqor Angelovski Azərbaycan, Fələstin və Çin yığmalarına qarşı matçlar üçün 28 futbolçuya dəvət göndərib. Bu barədə yerli federasiya məlumat yayıb.
Heyətə hazırda ölkəmizdə çıxış edən bir futbolçu da var. Bu, “Turan Tovuz”un qapıçısı Oleq Baklovdu.
Tacikistan Azərbaycan millisi ilə sentyabrın 23-də Bakıda qarşılaşacaq.
"Turan Tovuz"un futbolçusu millimizə qarşı oynaya bilər
Dünya futbolu






