Ölkəmizin U-21 yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üç oyun keçirəcək. Yığmanın baş məşqçisi Rəşad Eyyubov bu gün həmin oyunlar üçün sərəncamında görmək istədiyi futbolçuların siyahısını açıqlayıb. Maraqlıdı ki, siyahıda “Ərzurumspor”da heyətə düşə bilməyən Nəriman Axundzadənin də adı var: qapıçılar – Sadiq Məmmədzadə (İmişli), Səlim Həşimov (Gəncəbasar), Xəyal Fərzullayev (Sumqayıt); müdafiəçilər – Emin Rüstəmov, Ceyhun Bağırzadə, Hacıəli Şirəliyev, Sənan Muradlı (hamısı “Şamaxı”), Elgün Dünyamalıyev (Sabah), Raul Məmmədov (MOİK), Əkbər Eyubov (İmişli), Ayxan Süleymanlı (Sumqayıt); yarımmüdafiəçilər – Eşqin Əhmədov, Nuğay Rəşidov, Şahin Şahniyarov (hər üçü “Qəbələ”), Bilal İsmayılov (MOİK), Emil Süleymanov, Okan Təhməzli (Şamaxı), Hikmət Cəbrayılzadə (Qarabağ), Elyas Bağci (“Herta”, Almaniya); hücumçular – Nəriman Axundzadə (“Ərzurumspor”, Türkiyə), Nahid Əliyev (Şəfa), Lorentso Mezzotero (“Sampdoriya”, İtaliya), Ağadadaş Salyanski (Araz-Naxçıvan), Mustafa Kamara (“Sent-Trüden”, Belçika), Nihad Əhmədzadə (Sumqayıt).
Xatırladaq ki, U-21 sentyabrın 25-də Çexiya (evdə), sentyabrın 30-da Şotlandiya (səfərdə) və oktyabrın 6-da Cəbəllütariq (evdə) ilə qarşılaşacaq.
Nəriman Axundzadə yığmaya çağrıldı
Ölkə futbolu / Aktual






