Millimiz Bakıda təlim-məşq toplanışını davam etdirir.
"Football-plus.az" xəbər verir ki, hazırlıq baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında aparılır. Dünənki hazırlıq prosesi tam heyətlə keçirilməyib. Bəzi legionerlərin komandanın düşərgəsinə bu gün qoşulacağı gözlənilir.
Xatırladaq ki, yığmamız yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan ilə, Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Lixtenşteyn, həmçinin oktyabrın 4-də Litva millisi ilə qarşılaşacaq.
Millimizin düşərgəsində nə baş verir?
Ölkə futbolu






