Bəs klub azarkeşlərlə maarifləndirmə işinin aparılması və münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində hansı addımları atmağı düşünür? Ümumiyyətlə, “Kəpəz” azarkeşlərlə münasibətlərin indiki səviyyəsindən razıdı?
“Football-plus.az” bu suallara “sarı-göylər”in ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Nofəl Əzizovdan cavab almağa çalışdı:
“Bizim azarkeşlərlə heç bir problemimiz yoxdu, münasibətlərimiz də əladı. Mən bütün klublara bizim azarkeşlərimiz kimi azarkeş arzulayıram”.
Maraqlıdı ki, bu açıqlamadan cəmi bir saat sonra klub azarkeşlərə müraciət xarakterli yeni bəyanat yaydı. Əvvəlki bəyanatda pirotexniki vasitədən istifadə edən azarkeşə “adını açıqlayarıq”, “bu hərəkəti yenidən etsən, 15 gün həbs olunacaqsan” kimi sərt ifadələrlə xəbərdarlıq edilmişdi.
Yeni müraciətdə isə ton fərqli idi. Klub bu dəfə azarkeşlərə “sizdən xahiş edirik”, “biz də sizin kimi azarkeşik”, “sizi anlayırıq” kimi daha yumşaq ifadələrlə müraciət edib.
Nofəl bəyin dediyi kimi, azarkeşlərlə münasibətlər əladısa, sərt və hədələyici bəyanatdan cəmi bir neçə gün sonra daha yumşaq üslubda müraciətə nə ehtiyac var idi? Görünən odu ki, klub da əvvəlki bəyanatın yaratdığı reaksiyanı nəzərə alıb, tonu dəyişməyə ehtiyac duyub.
İSRAYIL XEYRULLAYEV





