“Football-plus.az” xəbər verir ki, “Araz-Naxçıvan” – “Zirə” oyununu cəmi 80 azarkeş izləyib. Bu, cari mövsümdə ən az fanatın toplaşdığı qarşılaşma olub.
İndiyə qədər antirekord “Araz-Naxçıvan”a məxsus idi. Naxçıvan təmsilçisinin 6-cı turda “Kəpəz”lə ev matçında cəmi 100 nəfər toplaşmışdı.
Azarkeşlərin yoxluğunu nə ilə əlaqələndirirsiz? Klubun azarkeşlərlə münasibət qurmasında bir problem varmı? “Football-plus.az” bu sualları “Araz-Naxçıvan”ın mətbuat xidməti rəhbəri Mahal Məmmədova ünvanladı:
“Oyunların iş saatına düşməsi azarkeş sayına təsir edib. Klubun azarkeşlərlə iz üzrə əlaqələndiricisi var. Amma bizim əsas azarkeş ordumuz Naxçıvandadı. Təəssüf ki, stadion səbəbindən oyunlarımızı orda oynaya bilmirik. Arena hazır olandan sonra “Araz-Naxçıvan” bu göstəricidə, yəqin ki, öncüllərdən olacaq”.
ƏSƏD SEYİDOV






