Amma... Belə azarkeş dəstəyi fonunda klubun dünən axşam saatlarında yaydığı bəyanat müəyyən suallar doğurdu. “Kəpəz” pirotexniki vasitədən istifadə edən azarkeşinin cərimələndiyini bildirib, həmçinin belə hal bir daha təkrarlanacağı təqdirdə onun 15 sutka həbs cəzası alacağını xatırlatmaqla başqalarına da barmaq silkələyib. İdman Könüllüləri və Azarkeşləri (İKA) Birliyinin sədri Atanur Cəfərli klubun bəyanatını absurd kimi qiymətləndirib.
“Football-plus.az” İKA-nın rəhbərindən mövqeyini açıqlamasını istəyib:
“Əvvəlcə onu qeyd edim ki, azarkeşə qarşı belə bəyanat çox absurddu. Çünki çox nadir hallarda klubun azarkeşlərlə bağlı ayrıca bəyanat yaydığının şahidi oluruq. Hələ “Kəpəz” kimi iddiası yüksək olmasa belə, hər oyunda böyük azarkeş dəstəyi görən bir komandanın belə addım atması mənə qəribə gəlir. Məncə, “Kəpəz” azarkeşlərinə ancaq təşəkkürlə bağlı paylaşım etməlidi, onlara qarşı bəyanat yaymamalıdı. Əlbəttə, müəyyən qanunvericilik var və azarkeşlər də bunun fərqindədi. Amma göstərilən dəstəyin fonunda azarkeşlərə belə cavab verilməsi, məncə, çox yersizdi. Komanda gücünü azarkeşlərdən alır, amma həmin azarkeşlərə məhz bu şəkildə “təşəkkür etmək” düzgün yanaşma deyil. Düşünmürəm ki, pirotexniki vasitə yandırmaq hansısa cinayət məsuliyyəti yaradır. Bildiyim qədəri ilə orda hansısa yandırıcı maddə də olmayıb, sadəcə, tüstü olub.
Demək olar ki, əksər çempionatlarda, eləcə də bizim premyer-liqada dəfələrlə belə halların şahidi olmuşuq. Amma heç bir klubun öz azarkeşinə bu formada bəyanatla müraciət etdiyini görməmişik. Klub cərimələnibsə, onu ödəyib və məsələ bağlanıb. Səhər-səhər durub azarkeşinə “niyə bunu yandırırsız” deməyib. Çünki futbol azarkeş üçün oynanılır. Azarkeş qələbəni pirotexniki vasitə ilə qeyd etmək istəyirsə, məncə, klubun onu qınaması doğru deyil.
Onu da qeyd edim ki, “Kəpəz”in ilk ev oyununda mən də həm azarkeş, həm də azarkeşləri təmsil edən ictimai birliyin sədri kimi Gəncəyə getmişdim. Gördüyüm mənzərə məni çox məmnun etmişdi. Ora azarkeşləri görməyə getmişdim. Həmin oyunda qələbə qazanmışdılar, çox böyük anşlaq var idi. Çox sevinirdim ki, “Kəpəz” doğma meydanında oynayır və klubu son ana qədər dəstəkləyən böyük azarkeş kütləsi var. Amma görünür ki, klub azarkeşinə layiq olduğu dəyəri verə bilmir”.

İSRAYIL XEYRULLAYEV