İtaliya macərası çox çəkmədi

21.09.2026 13:29 36
Dünya futbolu
Domeniko Tedeskonun İtaliya macərası çox çəkməyib. Ötən mövsümün finişi ərəfəsində “Fənərbaxça”dan ayrılan mütəxəssis “Bolonya”nı da tərk etməli olub.

"Football-plus.az" xəbər verir ki, bu haqda İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Rəhbərliyin qərarına qeyri-qənaətbəxş nəticələr səbəb olub. Klubun məlumatında Tedeskonun baş məşqçisi vəzifəsindən ayrıldığı və onu bu vəzifədə ötən mövsüm “Atalanta”nı çalışdıran Raffaele Palladinonun əvəzlədiyi bildirilib. Tedesko “Bolonya”nın baş məşqçi postuna iyunun 9-da təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında A seriyasında 4 oyun keçirib. Bu matçların üçündə qol vurmadan uduzan “Bolonya” bir oyunu heç-heçə başa vurub.

Qeyd etdiyimiz kimi, Tedesko “Bolonya”ya təyin olunmazdan əvvəl “Fənərbaxça”nı çalışdırıb. 41 yaşlı italyan mütəxəssis bu ilin aprelində superliqanın 31-ci turunda “Qalatasaray”a 0:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilmişdi.