"Bolonya" məşqçi dəyişikliyinə hazırlaşır

4.09.2022 20:20 273
Dünya futbolu
"Bolonya"da ayrılıq baş verə bilər.

Baş məşqçi Sinişa Mixayloviçin tutduğu vəzifədən qovulması müzakirə olunur. Klub rəhbərliyi mütəxəssisin istefaya göndərilməsi imkanını nəzərdən keçirir.

Yekun qərar komandanın İtaliya çempionatında növbəti iki oyunundan sonra veriləcək: altıncı turda “Bolonya” “Fiorentina” ilə, yeddinci turda “Empoli” ilə oynayacaq.