Klubu ilə müqaviləsini yenilədi

2.06.2025 13:33 7
Dünya futbolu
“Bolonya” rəhbərliyi baş məşqçi Vinçentso İtalyano ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya təmsilçisi 47 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıb. İtalyanonun komanda ilə İtaliya kubokunu qazanaraq 51 ildən sonra kluba titul gətirməyi bu sözləşməyə təsir edib.

Xatırladaq ki, “Bolonya” İtaliya kubokunun finalında “Milan”ı 1:0 hesabı ilə məğlub edib.