Görünür, “Hamburq” rəhbərliyi komandanın mövsümə uğursuz başlamasına məhəl qoymur.
"Football-plus.az" xəbər verir ki, belə olmasaydı, Merlin Poltsinlə müqavilə yenilənməzdi. Almaniya klubunun mətbuat xidmətinin məlumatında yeni müqavilənin detalları açıqlanmayıb. Maraqlısı odu ki, “Hamburq” cari mövsümə ardıcıl 3 məğlubiyyətlə başlayıb.
35 yaşlı alman mütəxəssis komandanı 2024-cü ilin noyabrından çalışdırır. Poltsin “Hamburq”u 7 illik fasilədən sonra bundesliqaya qaytarıb. Komanda 2025/26 mövsümündə çempionatı 13-cü yerdə başa vuraraq yüksək liqadakı yerini qoruyub.
Autsayder komandanın məşqçisi ilə müqavilə yeniləndi
Dünya futbolu






