“Bayer-04” heyətinə yeni oyunçu cəlb edib.
Almaniya klubunun mətbuat xidmətinin məlumatına görə, “Mançester Siti”dən Farid Alfa-Ruprext Leverkuzenə yillanıb. 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Almaniyalı futbolçu MS-yə 2022-ci ildə “Hamburq”dan keçib. O, “şəhərlilər”in U-18 komandasında çıxış edirdi.