U-17 millimiz Qazaxıstanla yenidən qarşılaşacaq

9.06.2026 12:57 3
Ölkə futbolu
Bu gün Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət millimiz ikinci yoxlama oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, U-17 Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə ikinci dəfə qarşılaşacaq.

Görüş Qəbələ şəhər stadionunda, saat 17.30-da başlayacaq.

Komandalar arasında ilk görüşdə Qazaxıstan millisi 5:2 hesablı qələbə qazanıb.