U-19 millimiz İslandiyaya qarşı

3.09.2025 13:06 13
Ölkə futbolu
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün ilk yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, U-19 İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Preddvor” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.

Qeyd edək ki, millimiz sentyabrın 6-da Farer adaları, 9-da isə Polşanın müvafiq yaş qrupundan ibarət yığmaları ilə qarşılaşacaq.