Millimiz Özbəkistanla qarşılaşacaq

10.10.2024 17:35 293
Ölkə futbolu
19 yaşadək qadın futbolçulardan ibarət millimiz oktyabrın 14-dən 17-dək Bakıda, 18-dən 24-dək Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışı keçəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

U-19 hazırlıq zamanı oktyabrın 20-də və 23-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.