U-19 millimiz Özbəkistana qarşı

9.10.2025 13:27 24
Ölkə futbolu
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün ilk yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, U-19 Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15.00-da başlanacaq.

Xatırladaq ki, komandalar arasında ikinci görüş oktyabrın 12-də olacaq.