“Şəfa” yay "transfer pəncərəsi"ndə 2-ci transferini reallaşdırıb.
"Football-plus.az" xəbər verir ki, qapıçı Nicat Mehbalıyev heyətə cəlb edilib. Onunla 1 illik müqavilə imzalanıb.
Nicat Mehbalıyev son olaraq “Sabah”ın formasını geyib və ötən mövsüm Misli premyer-liqasının və ölkə kubokunun qalibi olub.
25 yaşlı qolkiper karyerası ərzində “Qarabağ”ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ”də də çıxış edib.
Xatırladaq ki, "Şəfa" dünən müdafiəçi Rauf Hüseynlini də heyətinə cəlb edib.