"Epizodlarımız çox oldu, yararlana bilmədik" - Zaur Həşimov

29.08.2026 23:34 2
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 3-cü turunda "İmişli"ni qəbul edən Şəfa" uduzdu - 0:1.

"Football-plus.az" xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Şəfa"nın baş məşqçisi Zaur Həşimov matç haqda fikirlərini bildirdi.

- Yaxşı oyun alındı. Həm yüksək temp, həm də çoxlu mübarizə ilə yadda qalan dinamik qarşılaşma idi. İkinci hissəyə yaxşı başlamadıq və həmin vaxt biz qol imkanından yararlandıq. Ümumilikdə, komandanın oyunundan narazı qalmadım. Qarşıda uzun bir marafon var və yaxşı nəticələr əldə etmək üçün əlimizdən gələni edəcəyik. İlk turda da qənaətbəxş çıxış etdiyimizi düşünürəm. Fikrimcə, bu turda da komandam pis deyildi. Epizodlarımız çox oldu, yararlana bilmədik.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul