"Rəqibə və hakimə qarşı mübarizə apardıq" - "Sabah"ın məşqçisi

5.11.2023 21:55 207
Premyer-liqa / Manşet
"Bu cür oyuna şərh vermək çətindi. İndiyə kimi ən yaxşı birinci hissəmizi keçirdi. Amma hər şeyi hakim korladı. Namik Ələsgərovu dirsəklə vururlar, hakim heç buna fikir vermir, görmür. Üstəlik, Manunun sifətindən vurdular, yenə görmədi. Maruan təmiz topa oynayır, onu vururlar, yenə görmür".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Sabah"ın məşqçisi Artur Olenin matçdan sonra keçirilən mətbuat konfransında deyib. O, hakim idarəçiliyinin bərbad olduğunu bildirib:

"Niyə hakimlər "Sabah"a qarşı bu qədər qərəzlidir? Məncə, hakimlik bu gün bizə qarşı qərəzli idi. Futbolçularıma təşəkkür edə bilərəm. Onlar 10 nəfərlə mübarizə apardılar, epizodlar da yaratdılar. Rəqibə və hakimə qarşı mübarizə apardıq. Bu gün hakimlik sadəcə bərbad idi".