Bundan başqa, premyer-liqanın 4-cü turunda “Zirə” ilə görüşdə zədələnən Stiv Solvet də zədə səbəbindən “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində “Mançester Yunayted”ə qarşı keçirdiyi görüşü buraxdı.
Xəyal Əliyevlə Stiv Solvetin hazırkı durumu necədi? Onların bərpa prosesi hansı mərhələdədi və futbolçuların yaşıl meydanlara dönüşü nə vaxt gözlənilir?
Bu suallara cavab tapmaq üçün “Football-plus.az” “Sabah”ın mətbuat katibi Elnur Həmidovla əlaqə saxlayıb:
“Xəyalın müalicəsi davam edir. Fərdi şəkildə məşqlər edir. Komanda ilə birgə məşqlərə nə vaxt qoşulacağı dəqiq bilinmir. Solvetin ayağında burxulma səbəbindən ağrılar var. Müayinə olunandan sonra onun durumuna aydınlıq gələcək”.
İSRAYIL XEYRULLAYEV






