Mançester səfəri ərəfəsində ciddi itkilər - zədəlilərin durumu necədi?

6.09.2026 22:54 82
Avrokuboklar / Manşet
Dünən Misli Premyer Liqasının 4-cü turunda “Sabah” “Zirə”ni qəbul edib. Meydana əsas heyətlə çıxan “bayquşlar” 5:0 hesabıyla “qartallar”ı darmadağın edib. Təəssüf ki, Umarali Raxmonaliyevlə Stiv Solvet zədələnib.

“Sabah”ın artıq cümə axşamı “Mançester Yunayted”lə qarşılaşacağını nəzərə alıb, həmin futbolçuların durumu ilə maraqlandıq, üçün klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq: “Futbolçular MRT-dən keçiblər. Ciddi zədələri yoxdu. Müəyyən ağrıları var. Həkimlərin təyin etdiyi proqram üzrə məşq edəcəklər. Növbəti matçda çıxış etmələri hələ dəqiq deyil. Bir-iki gün ərzində məsələyə aydınlıq gələcək”.

İSRAYIL XEYRULLAYEV