Daha öncə PSJ, Dortmund ''Borussiya''sı, ''Lill'' kimi klublarda forma geymiş 35 yaşlı belçikalı müdafiəçi ''Trabzonspor''da 2024-ün fevralından iyuluna qədər forma geyib. Həmin müddətdə 19 oyuna çıxaraq aktivinə 1 qol, 7 məhsuldar ötürmə yazan Menye İngiltərə mətbuatına bunları deyib:
''Trabzon xalqının nə qədər futbola və komandalarına bağlı olduğunu bilirəm. Onlar futbol üçün yaşayır. Hətta bəzən bu bağlılıq o qədər böyük olur ki, ziyan verməyə başlayır. Açıq danışsaq, Türkiyədəki 6 ay ərzində bəlkə də karyeramın ən yaxşı dönəmini keçirdim. Fanatların dəstəyi və insanların bizə olan münasibəti sadəcə inanılmaz idi. Həqiqətən əla komandamız var idi və kubokda finala qədər irəlilədik. Amma 74 min azarkeşin izlədiyi oyunda ''Beşiktaş''a 2:3 məğlub olduq. Mənim üçün çox gözəl bir təcrübə oldu. Orda keçirdiyim dönəm yaddaşımda gözəl iz buraxdı''.






