Milli komandada istefa

25.01.2024 13:57 160
Dünya futbolu
Kris Hyuton artıq Qana yığmasını çalışdırmır.

O, komandanın baş məşqçi vəzifəsindən istefaya göndərilib.

Qana Futbol Federasiyasının belə qərar verməsinə yığmanın Afrika Millətlər Kubokunda uğursuz çıxışı səbəb olub. Komanda B qrupunda keçirdiyi 3 oyunda 2 xal toplamaqla Kabo Verde və Misirdən sonra 3-cü yeri tutub. Matçlarının heç birində qalib gələ bilməyən Qana millisi artıq pley-offa çıxmaq şansını itirib.