Bu səbəbdən Birləşmiş Ştatların qazancı digər ölkələrdən daha çox olub. Prezident Donald Tramp DÇ-2026-nın ölkə iqtisadiyyatına əhəmiyyətli təsir göstərdiyini bildirib. Dövlət başçısı sosial şəbəkə hesabında mundialın ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirdiyini və 160 mindən artıq iş yerinin yaradılmasına imkan verdiyini qeyd edib:
“Amerika turizmi üçün necə də inanılmaz yay oldu. Amerikalılar təxminən 300 milyard mil məsafə qət etdilər, milli parklarımız 78 milyon ziyarətçi qəbul etdi, milyonlarla adam isə hava nəqliyyatından istifadə etdi. Təkcə dünya çempionatı iqtisadiyyatımıza 18 milyard dollardan çox vəsait gətirdi və 160 mindən artıq iş yerinin yaradılmasına imkan verdi. Səyahət və turizm sahəsində yeni iş yerləri sərmayələr və Amerika şirkətlərinə, həmçinin yerli icmalara daxil olan milyardlarla dollar deməkdi”.
Prezident əlavə edib ki, ölkədə bürokratik maneələrin aradan qaldırılması, hava nəqliyyatı sisteminin yenilənməsi, ABŞ-yə səfərin və ölkədə biznes fəaliyyətinin asanlaşdırılması istiqamətində işlər görülür.





