“Dallas Kovboyz” hamıdan öndədi

20.01.2026 16:38 12
İdman
Dünyaca məşhur “Forbes” jurnalı idman komandalarının 2025-ci ildəki əməliyyat gəlirlərinə görə reytinqini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, dünyanın ən baha idman (13 milyard dollar) idman klubu olan “Dallas Kovboyz” reytinqdə ilk pillədə qərarlaşıb. Bu komandanın gəliri istənilən başqasından 200 milyon dollar artıq olmaqla 629-a çatıb. 2-ci pillədə MBA-da mübarizə aparan “Qolden Steyt” (409 milyon dollar) qərarlaşıb, 3-cü yeri isə “Edmonton”la (MHL) “Los-Anceles Rems” (MFL) hərəyə 244 milyon gəlirlə bölüşür.

Futbol klubları arasında “Mançester Yunayted” hamıdan öndə - 11-ci yerdədi (185 milyon dollar). “Forbes”in reytinqində “Formula-1”, MLB (beysbol), MBA (basketbol), MFL (Amerika futbolu), MHL (hokkey), həmçinin futbol klubları (premyer-liqadan 12, MLS-dən 8, A seriyasından 4, La Liqadab 3, bundesliqadan 2, Liqa 1-dən 1 təmsilçi) nəzərə alınıb.

2025-ci ildə əməliyyat gəlirləri üzrə öndə qərarlaşan klublar
1. Dallas Kovboyz (MFL) – 629 milyon dollar (dəyəri – 13 milyard);
2. Qolden Steyt (MBA) – 409 milyon (11 milyard)
3-4. Edmonton (MHL) - 244 milyon (3,2 milyard)
3-4. Los-Anceles Rems (MFL) - 244 milyon (10,5 milyard)
5. Mersedes (Formula-1) - 227 milyon (6 milyard)
6. Nyu-İnqlend Petritos (MFL) – 222 milyon (9 milyard)
7-8. Atlanta (MBA) – 203 milyon (5 milyard)
7-8. Filadelfiya-76 (MBA) – 203 milyon (5,45 milyard)
9-10. Hyuston (MBA) – 191 milyon (5,9 milyard)
9-10. Toronto (MHL) – 191 milyon (4,4 milyard)
11. Mançester Yunayted (İPL) – 185 milyon (6,6 milyard)

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul