“Qolden Steyt”in dəyəri 11 milyarddı!

27.12.2025 14:01 7
İdman
Dünyaca məşhur “Forbes” jurnalı Milli Basketbol Assosiasiyası (MBA) klublarının 2025-ci il üçün bazar dəyərini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, “Qolden Steyt” dünyadakı bütün basketbol komandaları arasında liderdi. “Uorriorz” bazar dəyərinə görə dünyadakı bütün idman klubları arasında yalnız “Dallas Kovboys”dan (Amerika futbolu) geri qalır.

“Forbes”in versiyasına görə MBA-nın ən baha klublarının ilk “10-luğ”u
1. Qolden Steyt - 11,0 milyard dollar (dünyada 2-ci yer)
2. Leykers – 10 milyard dollar (dünyada 5-ci yer)
3. Nyu-York - 9,75 milyard dollar (dünyada 6-cı yer)
4. Klippers - 7,5 milyard dollar (dünyada 15-ci yer)
5. Boston - 6,7 milyard dollar (dünyada 21-ci yer)
6. Çikaqo - 6,0 milyard dollar (dünyada 34-cü yer)
7. Hyuston - 5,9 milyard dollar (dünyada 37-ci yer)
8. Mayami - 5,7 milyard dollar (dünyada 40-cı yer)
9. Bruklin - 5,6 milyard dollar (dünyada 43-cü yer)
10. Filadelfiya 76 - 5,45 milyard dollar (dünyada 45-ci yer).

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul