İnşası davam edən stadiona Türkiyənin oyunu salınıb?

28.03.2026 22:33 32
Dünya futbolu
Türkiyə çempionatında çıxış edən ''Gənclərbirliyi''nin prezidenti Arda Çakmak Ankarada inşası davam edən ''19 may Stadionu'' ilə bağlı maraqlı açıqlamalar verib.

Qeyd edək ki, paytaxtda 82 il fəaliyyət göstərən eyniadlı stadion 2018-ci ildə sökülmüşdü. Onun yerində 2022-nin yayından bu yana yeni, müasir standartlara uyğun və 51 min azarkeş tutumuna malik stadion tikilir. 160 min kvadrat metrlik sahədə inşa olunan stadion Türkiyənin ən böyük 3-cü arenası olacaq.

Burda AÇ-2032-nin oyunları keçiriləcək. Bəs stadion nə vaxta hazır olacaq? Arda Çakmaka inansaq, artıq Türkiyənin bir oyunu bu stadiona salınıb:

''Qeyri-adi bir şey baş verməsə, stadion sentyabrın əvvəllərinə tam hazır olacaq. Ölkə rəhbərliyi və Gənclər və İdman Nazirliyi ilə də görüşümüz olub. Onlar da stadionun həmin vaxta hazır olacağını deyiblər. Hətta bildiyimə görə sentyabrın sonlarında baş tutacaq Türkiyə - İtaliya matçının bu stadionda oynanılması planlaşdırılır. ''Ankaragücü'' rəhbərliyi ilə də bu haqda danışmışam. Paytaxtın hər iki klubu ev oyunlarını bu stadionda keçirməlidi. Dövlət ora kifayət qədər vəsait ayırıb. Ona görə də stadiondan yararlanmalıyıq''.

Qeyd edək ki, Millətlər Liqası çərçivəsində baş tutacaq Türkiyə ilə İtaliya arasındakı oyun sentyabrın 28-də oynanılacaq. Matçın stadionu hələ ki, bəlli deyil. Türklər ML-də yeni mövsümdə A liqasında mübarizə aparacaqlar. Onlar Fransa, İtaliya və Belçika ilə eyni qrupa düşüblər.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul