Milan klubları stadion məsələsini yenidən gündəmə gətirdilər

31.03.2022 19:54 411
Dünya futbolu
"Milan” və “İnter” rəhbərliyi yeni stadionun tikintisi ilə bağlı variantları gözdən keçirməyə hazırdı.

Milan klubları üçün “San-Siro” rayonunda 2027-də yeni stadionun tikilməsi ilə bağlı layihə ötən il bəyənilib və əsas variant sayılır. Klub bossları Milanın 10 kilometrliyində yerləşən Sesto-San-Covanni şəhərinə köçmək variantına da baxmaqdadılar. Klubların birgə bəyanatında deyilir:

“Yeni stadionun tikintisi hər iki klub üçün mütləq prioritet kimi qalır. “San-Siro”da yeni stadionun tikintisi ilə bağlı münasib şərtlər olmazsa, digər variantlar üçün açığıq”.


1925-ci ildə tikilən “San-Siro” 1934 və 1990-ci illərdə dünya çempionatının oyunlarını qəbul edib, burda həmçinin ÇL-in 2000/01 və 2015/16 mövsümlərinin finalı keçirilib.