Corcinyo Veynaldum Səudiyyə Ərəbistanında klubunu dəyişib.
Onu “Əl-İttihad” heyətinə qatıb. 35 yaşlı niderlandlı yarımmüdafiəçi ilə müqavilə imzalanması klubun sosial şəbəkə hesabında açıqlanıb. Tərəflər birillik sözləşməyə imza atıblar.
Veynaldumun əvvəlki klubu “Əl-İttifaq” olub. O, 2023-cü ildən bu komandanın formasını geyirdi. Təcrübəli futbolçu karyerası ərzində “Feyenoord”, PSV, “Nyukasl”, “Liverpul”, PSJ və “Roma”da da çıxış edib. O, “Liverpul”la İngiltərə çempionu və Çempionlar Liqasının qalibi olub. Niderland yığması ilə 2014-cü ildə keçirilən dünya çempionatının bürünc medalını qazanıb.
“Əl-İttifaq” olmasın, “Əl-İttahad” olsun! – nə fərqi…
Dünya futbolu





