Corcinyo Viynaldumun Fransa karyerası bir il çəkəcək. O, tezliklə Parisdən Romaya yollanacaq.
"Football-plus.az" xəbər verir ki, İtaliya paytaxtını təmsil edən klub onun PSJ-dən keçidi ilə bağlı qarşı tərəflə prinsipial razılığa gəlib. “Roma” niderlandlı yarımmüdafiəçini birilliyə havayı icarəyə götürəcək. Corcinyo növbəti mövsümdə komandanın oyunlarının yarısında iştirak edəcəyi və Çempionlar Liqasına vəsiqə qazanılacağı halda “Roma” onun transfer hüququna sahib çıxmalı olacaq.
Viynaldum PSJ-yə ötən yay “Liverpul”dan keçib. 31 yaşlı futbolçu daha əvvəl “Nyukasl”, PSV və “Feyenoord”da oynayıb. Onun Niderland yığmasında 86 oyuna 26 qol vurduğunu da bildirək.