PSJ-nin və Niderland millisinin yarımmüdafiəçisi Corcinyo Viynaldum karyerasını “Roma”da davam etdirəcək.
"Football-plus.az" xəbər verir ki, bu haqda jurnalist Fabrisio Romano “tvitter” səhifəsində yazıb. Onun məlumatına görə, niderlandlı yarımmüdafiəçi icarə əsasında İtaliya klubunda çıxış edəcək.
Viynaldum ötən mövsüm 38 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı bildirir ki, onun bazar qiyməti 18 milyon avrodu. Futbolçu əvvəllər “Liverpul”, “Nyukasl”, PSV və “Feyenoord” komandalarında çıxış edib.