Premyer-liqaya ardıcıl 2 qələbə ilə başlamaqla böyük sürprizə imza atan ''Hall Siti'' rəhbərliyi baş məşqçi Sergey Yakiroviçin uğurlu fəaliyyətini layiqincə dəyərləndirmək qərarına gəlib.
Belə ki, Acun Ilıcalının sahibi olduğu komanda bosniyalı mütəxəssislə yeni ''2+1'' illik müqavilə imzalandığını açıqlayıb. Şərti müqavilənin qüvvəyə minib-minməməsi klubun öz istəyindən asılı olacaq.
Xatırladaq ki, Türkiyədə ''Kayserispor''u elitada saxlamağı bacardıqdan sonra Acun Ilıcalı 2025-in yayında bu məşqçini öz komandasına dəvət etdi. ''Pələnglər'' 2024/25-də möcüzəvi şəkildə çempionşipdə qalmağı bacarmışdılar. Bu baxımdan Yakiroviçin gördüyü işi də möcüzə adlandırmaq olar. O ilk cəhddən komandanı premyer-liqaya yüksəltdi. Yakiroviçin ''Hall Siti''də illik qazancı 3 milyon funt sterlinqdi və o, cari mövsüm premyer-liqa məşqçiləri arasında bu göstəricidə 14-cü pillədədi.
Heyətinin dəyərinə görə 20 klub arasında sonuncu pillədə qərarlaşmasına rəğmən ilk iki tura maksimum xal toplayan ''Hall Siti''nin mövsümün qalan hissəsində necə çıxış edəcəyi böyük maraq doğurur.
''Hall Siti''dən baş məşqçi ilə bağlı yeni qərar
Dünya futbolu






