“Qalatasaray” 90-da sevindi, “Liverpul” ilk qələbəyə yaxındı

5.09.2026 00:09 13
Dünya futbolu
Avropada futbol bayramı əsasən həftəsonu yaşanır, oyun əlindən tərpənmək olmur. Ancaq gələn həftə avrokubokların əsas mərhələsi start götürür deyə, qitənin əsas çempionatlarında da cüməyə maraqlı oyunlar salınıb. Məsələn, “İstanbul BŞ”nin qonağı olan “Qalatasaray” qələbə topunu yalnız 90-cı dəqiqədə vura bildi. Buna qədər “Cim-Bom” iki dəfə hesabda irəli çıxdı, hər dəfə də rəqib bərabərlik qolunu vurdu. Leroy Sanenin 90-cı dəqiqədəki qoluna cavab vermək üçün nə vaxt var idi, nə də güc – 3:2.
İngiltərədə debütant “İpsviç”in qonağı olan “Liverpul” ilk yarıdan sonra 2:0 öndədi. Çox güman, “qırmızılar” yeni mövsümdə ilk qələbəsini məhz bu gün bayram edəcək.
PSJ – “Monako” oyununda ilk yarıdan sonra paytaxt klubu 1:0 öndədi, “Betis – Real” oyununda isə komandalar 2-ci hissəyə qolsuz bərabərliklə başlayacaq.