“Çelsi”ni tərk etsə də, Londonda qaldı

27.06.2023 20:10 232
Dünya futbolu
Gözlənildiyi kimi, Kay Haverts “Çelsi”ni tərk edib.

“Football-plus.az” xəbər verir ki, o, iş yerini dəyişsə də, Londonda qalıb.

Yarımmüdafiəçi “Arsenal”a keçib. Jurnalist Fabiritsio Romanonun məlumatına görə, almaniyalı futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Haverts “Çelsi”də 2020-ci ildən çıxış edirdi.

O, İngiltərə premyer-liqasının son mövsümündə 35 oyuna çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.