“Çelsi”ni Rahim Sterlinq də tərk edib.
Onu “Arsenal” transfer edib. “Topçular”ın mətbuat xidmətinin məlumatına görə, ingilis futbolçu 2024/25 mövsümünün sonuna qədər “Arsenal”da icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Rahim bundan əvvəl “Liverpul”da və “Mançester Siti”də oynayıb. O, ötən mövsüm bütün turnirlərdə 43 matçda iştirak edib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib. Rahimin “Çelsi” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.