Filippe Koutinyo tezliklə “Aston Villa”dan ayrılacaq.
"Football-plus.az" xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını Qətərdə davam etdirəcək. İnsayder Fabritsio Romanonun verdiyi məlumata görə, 31 yaşlı futbolçu “Əl-Duhail”ə keçməyə yaxındı. Tərəflər müqavilənin şərtləri ilə bağlı razılığa gəliblər.
Koutinyo ötən mövsüm “Aston Villa”nın heyətində bütün turnirlərdə 22 oyuna çıxıb və 1 qol vurub. Qətər klubunun ona görə nə qədər xərcə düşəcəyinə aydınlıq gətirilmir. “Transfermarkt” portalı əvvəllər “İnter”, “Barselona”, “Bavariya” və “Liverpul”da oynayan futbolçunun bazar dəyərini 10 milyon avro qiymətləndirir.
Koutinyonun da yolu Asiyayadı
Dünya futbolu



