Satış qiyməti 1 milyard avro oldu

12.10.2023 16:50 235
Dünya futbolu
Eduardo Kamavinqa “Real” ilə yeni müqavilə bağlayıb.

İnsayder Fabritsio Romanonun məlumatına görə, fransalı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Müqavilədə Eduardonun satış qiyməti 1 milyard avro qeyd edilib. 21 yaşlı futbolçunun əvvəlki sözləşməsi isə 2027-ci ilin yayında qüvvədən düşəcəkdi. Yeri gəlmişkən, “transfermarkt” portalı oyunçunu 85 milyon avro məbləğində qiymətləndirir.

Kamavinqa İspaniya klubuna 2021-ci ildə “Renn”dən transfer olunub. O, cari mövsümdə komandada 11 oyun keçirib və 1 məhsuldar ötürmə edib.