“Qızıl top”un 2026-cı il üzrə namizədlərinin açıqlanacağı tarix məlum olub.
"Football-plus.az" xəbər verir ki, fərdi mükafatın bütün kateqoriyalarında namizədlərin siyahısı sentyabrın 8-də açıqlanacaq. Qısa siyahılar mükafatın rəsmi saytında dərc olunacaq.
Mükafat üzrə kateqoriyaların sayı 12-yə bərabərdi.
“Qızıl top-2026”nın təqdimat mərasimi isə oktyabrın 26-da Londonda keçiriləcək. Builki tədbir mükafatın təsis edilməsinin 70 illiyinə təsadüf edir.
Xatırladaq ki, “Qızıl top”un son qalibi PSJ-nin fransalı hücumçusu Usman Dembeledi.
“Qızıl top”un qalibləri nə vaxt açıqlanacaq?
Dünya futbolu





