“Qızıl top” mərasiminin keçiriləcəyi tarix açıqlanıb.
“Football-plus.az” xəbər verir ki, “France Football” həftəliyinin tədbiri oktyabrın 28-də təşkil ediləcək.
Paridə keçiriləcək mərasimdə 2024-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adı açıqlanacaq. Ümumiyyətlə, 10 nominasiya üzrə qaliblər müəyyənləşəcək. Nominantların siyahısı isə sentyabrın 4-də açıqlanacaq. Qeyd edək ki, “France Football” jurnalı bu ildən başlayaraq UEFA ilə əməkdaşlıq edəcək. Yeri gəlmişkən, “Qızıl top” mükafatı 2010-15-ci illərdə Fransa nəşri ilə FİFA-nın birgə layihəsi əsasında sahibini tapmışdı.