Karlos Baleba bir müddət futbolsuz qalacaq.
"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi zədələnib.
Komandanın baş məşqçisi Maykl Karrik gənc futbolçunun zədə səbəbindən qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcəyini açıqlayıb. 70 milyon funt sterlinqə transfer olunan kamerunlu futbolçu “Brayton”la mövsüm ərəfəsində keçirilən məşq zamanı sıradan çıxıb. O, “İpsviç”lə qarşıdakı matçı buraxacaq.
Kerrik klubun mətbuat xidmətinə açıqlamasında onun topuğunda kiçik problemin olduğunu, bir neçə həftə oynaya bilməyəcəyini deyib.
Bir neçə həftə “dincələcək”
Dünya futbolu





