Bir neçə həftə “dincələcək”

10.04.2025 19:01 1 222
Dünya futbolu
Kayl Uoker bir müddət futbol oynaya bilməyəcək.
“Milan”ın təcrübəli futbolçusu sıradan çıxıb. İtaliya klubunun mətbuat xidmətinin məlumatına görə, 34 yaşlı müdafiəçi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. O, sağ dirsəyindəki sınıqdan əməliyyat olunacaq.

Kayl “Milan”a yanvarda icarə əsasında “Mançester Siti”dən transfer olunub. O, İtaliya komandasında 13 oyuna çıxıb.