Azı 6 həftə “dincələcək”

26.07.2025 11:28 16
Dünya futbolu
Andre Onana bir müddət yaşıl meydanlarda görünməyəcək.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in qapıçısı ciddi zədə alıb. “The Telegraph” nəşrinin məlumatına görə, 29 yaşlı futbolçu komandanın təlim-məşq toplanışı zamanı dizaltı vətərində problem yaşayıb və bu səbəbdən təxminən 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Mançester klubu bu vəziyyət fonunda yeni qapıçı transferini gündəmə gətirib. Rəhbərlik bazarda alternativ variantlar üzərində işləyir.

Xatırladaq ki, Onana ötən mövsüm MY-nin heyətində 50 oyunda meydana çıxıb, bu matçların 11-də qapısını toxunulmaz saxlayıb.