Messi ilə bağlı son xəbər

13.09.2024 21:08 136
Dünya futbolu
Lionel Messinin son vəziyyəti ilə bağlı xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin hücumçusu komandanın son məşqini buraxıb. Argentinalı futbolçunun cangüdəni klubun bazasında olub. 37 yaşlı oyunçu idman zalında fərdi şəkildə məşq edib. Messi iyulun 15-də topuq bağındakı zədə səbəbindən sıradan çıxıb.

Avqustun sonunda ulduz futbolçu ümumi qrupda məşqlərə başlasa da, indi onun vəziyyəti yenidən sual altındadı.

“İnter Mayami” MLS-də növbəti oyununu sentyabrın 15-də “Filadelfiya Yunion”a qarşı keçirəcək.