Messi meydana qollarla qayıtdı!

17.09.2024 10:52 113
Dünya futbolu
Nəhayət, Lionel Messinin yaşıl meydana həsrəti sona çatıb.

“İnter Mayami”nin ulduz futbolçusu MLS-də “Filadelfiya Yunion”la matçda iştirak edib. 37 yaşlı argentinalı hücumçu komandasının 3:1 hesabı ilə qalib gəldiyi matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.

“İnter Mayami” ABŞ çempionatında ardıcıl 5-ci qələbəsini qazanıb. Xerardo Martinonun komandası Şərq konfransında 28 oyuna 62 xalla liderdi.